İzzət Bağırov: Klipi orada çəkəcəyik.

Müğənni İzzət Bağırov 2012-ci ilin ilk günlərini xarabalıqda keçirəcək. Müğənninin Anspress-ə verdiyi məlumata görə, yanvarın 3-4-də klip çəkilişlərinə başlayacaq:

“Gövhər Həsənzadənin müəllifi olduğu "Bəs mən indi neyləyim?" mahnısını ekranlaşdırmak fikrindəyəm. Artıq yeri də müəyyən etmişik. Xızı dağlarının ətəyində viran qalmış xarabalıq bir ev tapmışam. Klipi orada çəkəcəyik”.

İzzət Bağırov klipi klipmeyker Nail Naiboğluna həvalə edəcəyini deyir: “Artıq Naillə danışmışıq. Klip fotokamera ilə çəkiləcək. Yəni hərəkət edən fotolardan ibarət olacaq. Minlərlə fotodan istifadə olunacaq. Çəkiliş kranla aparılacaq”.