“Bermud üçbucağı” realiti-şousunun növbəti canlı yayımları yanvarın ilk ongünlüyündə efirə cıxacaq.

Layihə rəhbəri, tanınmış türkiyəli prodüser Kemal Cenk İçten nə səbəbdən bu qərara gəldiklərini izah etdi.

““Space” televiziyası bu həftədən etibarən Yeni ilə həsr olunmuş bayram proqramının çəkilişlərinə başlayır. Sırf texniki tərəfləri nəzərə alıb, “Bermud üçbucağı”nın yayımını dayandırdıq. Tamaşaçılar arasında başqa fikir formalaşmasın ki, realiti-şou daha efirə çıxmayacaq. Bu, belə deyil. Allah qoysa, 2012-ci ilin ilk həftələrində yayımımız yenidən davam edəcək. Və həm dördüncü buraxılışımız olacaq, ondan sonrakı həftə də də möhtəşəm finalla tamaşaçıların görüşünə gələcəyik”, - Cenk bəy dedi.

Layihə rəhbəri bildirdi ki, finala vəsiqə qazanan 3 iştirakçı - xalq artisti Aygün Kazımova, müğənni Nurlan Əzizbəyli və aktrisa Nahidə Orucovanın adlarına açılmış qısa nömrələr aktivdir və onları dəstəkləyən tamaşaçılar sms göndərməklə, öz favoritlərini qalib edə bilərlər.

Məlumat üçün bildirək ki, Azercell nömrələrindən göndərəcəyiniz hər bir mesaj finalçılardan birini liderliyə daha da yaxınlaşdıracaq.

Aygün Kazımovaya 1 səs göndərmək üçün 1 yazıb 86101 nömrəsinə qısa mesaj göndərin.
10 səs verməyi düşünənlər 1 yazıb, 86110-a mesaj göndərsinlər, əgər xalq artistinə 20 səs vermək niyyəti olanlar varsa, bunun üçün 20 yazıb, 86120 nömrəsinə mesaj göndərə bilərlər.

Məlumat üçün bildirək ki, şounun ilk həftəsinin qalibi Aygün xanım olduğu üçün onun sıra nömrəsi 1-dir.

Nurlan Əzizbəyliyə dəstək olmaq istəyənlər təqdim etdiyim nömrələrə 2 yazıb, Nahidə xanıma səs göndərmək istəyənlər isə 3 yazıb bu prosessi təkrarlaya bilərlər.

Qeyd edək ki, realiti-şou hər həftənin bazar ertəsi və çərşənbə axşamı saat 11:30, 17:30-da yarım saatlıq, 22.15-də isə 2 saat yarımlıq efirlə tamaşaçılara təqdim olunur.

"Bermud üçbucağı" layihəsi Yeni İlə qədər davam edəcək. 27 dekabrda şouda qalib olacaq iştirakçının adı açıqlanacaq.

Şərtlərə görə, iştirakçılar studiyada qurulmuş üçbucaqlı səhnəni 36 saat tərk etməməlidirlər. Su içmək, qidalanmaq, eləcə də digər ehtiyacları ödəmək isə hər bir iştirakçıya elə də asan başa gəlmir. Belə ki, təşkilatçılar iştirakçıların adına nümunə olaraq 5 min manat pul ayırıblar ki, onlar ehtiyaclarını ödəməkdən ötrü yalnız bu pullardan istifadə edə bilərlər - bir stəkan suyun dəyəri 250, bir nəfərlik yeməyin qiyməti - 500, bir yastığın qiyməti 250 manat həddindədir. Bir amal var, o da az pul xərcləməklə layihənin sonuna qədər mübarizə aparmaq. İştirakçıların ayaqyoluna getməsinə də məhdudiyyət qoyulub - 5 saatdan bir cəmi 5-8 dəqiqə. Saatlar azaldıqca ayaqyoluna getməyin 1 dəqiqəsi 200 manatla hesablanır.

İdeya müəllifi illərdən bəri Azərbaycan teleməkanında bir-birindən maraqlı layihələri ərsəyə gətirən tanınmış türkiyəli prodüser Kemal Cenk İçten olan "Bermud üçbucağı" şousunun aparıcısı Mikayıl Güləddinoğlu, prodüseri Roland Bayramov, redaktoru Arzu Əsgərqızı, yaradıcı prodüseri Azər Nəsibovdur.