Müğənni Nadir Qafarzadə türk aktrisası Meral Konratla duet ifa edəcək. Qeyd edək ki, Nadir Qafarzadəyə bu təklif aktrisanın özü tərəfindən gəlib. Bu barədə məlumat verən müğənninin mətbuat katibi Mətanət Şamilqızı qeydl etdi ki, duet şəklində ifa olunacaq mahnı hələ ki, seçilməyib, bunun üzərində hazırda seçim gedir: "Mahnı türk mahnısı olacaq. Sözügedən mahnı aktrisanın albomunda yer almış populyar mahnılar sırasına daxildir. Lakin Nadir Qafarzadə mahnının ona düşən hissəsini Azərbaycan dilində ifa edəcək".
Hazırda isə bir neçə layihə üzərində çalışan müğənni bu yaxınlarda "Füzuli kantatası"nı ifa edəcək. Xatırladaq ki, bu kantataya Azərbaycan müğənnilərindən çoxları müraciət etsə də, Nadir Qafarzadə bunu özünəməxsus oxuyacaq.