Müğənni filmdə Şahnə obrazını canlandırıb
Əməkdar artist Nisə Qasımovanın çəkildiyi "Oyunçu" adlanan filmin çəkilişləri artıq başa çatib. Hazırda montaj işləri gedir. Film Elçin Cahangirlinin rejissorluğu əsasında ərsəyə gəlib. Həyat və yaradıcılığından həhs edən filmdə müğənni baş rollarda çıxış edərək Şahanə obrazını canlandırıb. Nisə Qasımovanın sözlərinə görə, o, sentyabrda media nümayəndələrini ətrafına toplayaraq filmin təqdimat mərasimini keçirəcək. Daha sonra müğənni albom üzərində də çalışdığını söylədi. "Nostalji" adlanan bu albom iki versiyadan ibarət olacaq. "Nostalji-1"də müğənninin vaxtilə bundan əvvəl oxuduğu retro mahnılar yer alacaq. Bəstəkar Ələkbər Tağıyevin yaratdığı mahnılar Nisə Qasımovanın repertuarında xüsusi yer tutduğu üçün bu ifalar da sözügedən alboma daxil olacaq. "Nostalji-2" albomunda isə Nisə Qasımovanın yeni mahnıları yer alacaq.
Bundan başqa bir neçə layihənin olduğundan söhbət açan müğənni "zamanı gəldikcə bunların hamısını bir-bir açıqlayacam" deyə bildirdi.