Ayaqqabı və çantalar sezonun əsas dəb yükünün daşıyıcıçsı olacaq.

Milli.Az xəbər portalı Day.Az saytına istinadən bildirir ki, Qaynar.info-ya müsahibəsində məşhur stilist Anar Ağakişiyev payız mövsümünün dəbini açıqlayıb.

Onun sözlərinə görə, payız və qış mövsümünün rəngləri hələ tam bəlli olmasa da, qara, boz və tünd-qəhvəyi rənglərin dəbdə olacağı gözlənilir.

Bununla yanaşı, Ağakişiyev hesab edir ki, bu mövsümün əsas rəngi çəhrayı olacaq. Sentyabr-oktyabr aylarında açıq kürəkli kombinezonlar dəbə minəcək ki, onları açıq tonda olan köynəklərlə geyinmək məsləhətdir.

Ziyafət geyimlərində isə maksi üstünlük təşkil edəcək.

Qarşıdakı payız-qış sezonundakı saç düzümləri əvvəlki illərdən fərqli olacaq. Uzun, açıq tonlu, həmçinin açıq-şabalıdı rəngli saçlar dəbdə olacaq.

Stilist bildirib ki, iri daşlardan düzəldilmiş aksesuarlarla yanaşı, qızıl və gümüş zinət əşyaları da dəbə minəcək.

Böyük çantaları kiçikləri əvəz edəcək. Yüksək platformalı ayaqqabılar üstünlük təşkil edəcək.

Ayaqqabı və çantalar sezonun əsas dəb yükünün daşıyıcıçsı olacaq.