Sami Yusuf: "Hər kəs səhv edə bilər".

Dünya şöhrətli Azərbaycan əsilli müğənni Sami Yusuf Müqəddəs Ramazan Bayramı münasibətilə hər kəsi öz duası ilə təbrik edib.

Dinə həsr olunmuş mahnıları ilə bütün dünya müsəlmanları arasında ən çox sevilən sənətçilərdən olan Sami Yusuf öz duasını Anspress vasitəsilə dünyaya çatdırmaq niyyətini açıqlayıb: "Dünyada daha çox sülh və aydınlıq olmasını dua edirəm. Bilirəm, indi yazacaqlarım sizə qəribə gələ bilər. Amma gəlin hər kəs üçün dua edək. Hər kəs - hətta zalım və onların şərikləri üçün.

Onların ürəklərinin yumşalması üçün dua edək. Hər kəs səhv edə bilər. Hər övliyanın bir keçmişi var. Dünyanın yaxın zamanlarda daha yaxşı bir yer olması üçün çalışaq və dua edək. Bayramınız mübarək olsun! Hamınıza böyük sevgi və dua ilə", - deyə o fikrini tamamlayıb.