Azərbaycanıni əməkdar artisti Ruhəngiz Musəvi "Space" telekanalındakı "Olduğu kimi" proqramında ilk dəfə şəxsi həyatından danışıb.

"Bütün dünyadı gəzdim, amma ərə gedəndən sonra ailəmə bağlandım. İlk məhəbbəti 18 yaşda hiss etdim və o, cavabsız idi. O, mənə dost kimi baxırdı. Həmin adam artıq həyatda deyil. Onu çox sevirdim, səsini eşitmək üçün telefonla zəng vururdum, teleqramlar yollayırdım. Nikahım da məhəbbət əsasında olub", - R.Musəvi bildirib.

Milli.Az xəbər portalı Day.Az-a istinadən bildirir ki, müğənni ərindən boşansa da, dost qalıblar: "Çoxları bunu başa düşmür, amma ərim yeni ailəsi ilə bizə qonaq gəlir. Boşanandan sonra yenə vuruldum, çünki mənim kimi qadın məhəbbətsiz qala bilməz. Yenidən ailə həyatı qurdum və indiki ərimi çox sevirəm".

Müğənninin dediyinə görə, xarici görünüşündən razıdır və özünü Şərq gözəli hesab edir.