Emma Ələkbərzadə, bacısının ünvanına deyilənləri əsassız sayır.

Populyar müğənni Emma Ələkbərzadə Day.Az Radioda Murad Arifin aparıcılıq etdiyi "Həftənin onluğu" proqramının qonağı olub.

Milli.Az xəbər portalı Day.Az-a istinadən bildirir ki, veriliş əsnasında E.Ələkbərzadə bacısı, müğənni Sevda Ələkbərzadənin müdafiəsinə qalxıb. S.Ələkbərzadə xalq mahnılarını təhrif etməkdə suçlanır.

"Bəziləri Sevdanı buna görə qınayırlar. Halbuki bacım dəfələrlə ölkəimzi ləyaqətlə təmsil edib. Və məhz Sevdanın guya "təhrif etdiyi" mahnılara görə əcnəbilər ona ayaq üstə əl çalıblar", - E.Ələkbərzadə deyib.

Müğənni daha sonra bildirib ki, pərəstişkarlarını yeni albomu ilə sevindirməyə hazırlaşır. Albomun qışda təqdim edilməsi gözlənilir.