Azərbaycana "Avroviziya-2009" müsabiqəsində 3-cü yeri qazandırmış müğənni Aysel Teymurzadə ərə getməsi barədə yayılan şayiələrə açıqlama verib.

Milli.Az xəbər portalı Day.Az saytına istinadən bildirir ki, bu barədə o, "Xəzər" telekanalının "Eldən-elə" verilişinə müsahibəsində danışıb.

"Məni elə adamlara ərə veriblər ki! O qədər ad eşitmişəm ki, artıq hamıya bunların yalan olduğunu deməkdən yorulmuşam. Hələlik ərə getməyə hazırlaşmıram. Hazırda məni ancaq karyeram maraqlandırır".

Aysel "Avroviziya" müsabiqəsində onunla eyni səhnəni bölüşən müğənni Araşla bağlı şayiələrə də münasibətini bildirib:

"Araşa gəldikdə isə, biz onunla sadəcə dost idik, elə indi də dost olaraq qalırıq. O, hətta məni toyuna çağırmışdı, amma mən gedə bilmədim".