Gənc müğənni Günay İbrahimlinin “İzlər” mahnısı hələ də gündəmdən düşməyib. Milli.Az xəbər portalının məlumatına görə, musiqisi Pərviz Mahmudova, sözləri Leyliyə məxsus mahnı xeyli sayda dinləyici kütləsi topladığı üçün mahnının Remix versiyası artıq radio dinləyicilərinə təqdim olunub.

Remix versiyasının müəllifi Hakan Eroldur. “Milli Top 10-a” tezliklə daxil olan mahnı gənc ifaçının yaradıcılığına uğur gətirdiyi üçün, o, mahnıya məxsus xüsusi fotosessiya çəkdirib. Xəzər dənizi sahilində gözəl ağ libasda müğənni çox ecazkar görünür. Yeri gəlmişkən, fotoların müəllifi Fərhad Əhmədovdur.

Mələk
Milli.Az