Azərbaycan ifaçısı Səidə Sultan «ATV-magazin» verilişində yeni «Porsche» avtomobilini nümayiş etdirib.

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, «ağ atlı oğlan» arzusunda olduğunu da söyləyib: «Oğlanları əvvəlcədən xəbərdar etmək istəyirəm ki, mənim ürəyimi fəth eləmək üçün azacıq da olsa qəhrəmanlarım Babək və Koroğluya bənzəmək lazımdır. Mən sevgilisinin arxasında dayana biləcək güclü kişiləri hər zaman sevmişəm. Öz Koroğlumu tapsam, özümü onun üçün Nigar kimi apararam. Əsas odur ki, mən «bəli, bu, mənə lazım olan kişidir» deyə bilim».