2 sonuçtan 1 ile 2 arası

Müğənni Elnurun toyunda nələr olub?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Müğənni Elnurun toyunda nələr olub?



    Dünən Bakının məşhur restoranlarının birində müğənni Elnur Məmmədovun toyu olub.
    Gənc sənətçi Pərvin adlı xalası qızı ilə ailə həyatı qurub. Lent.az-ın məlumatına görə, toy Elnurun zövqünə görə hazırlanıb. Toyda Elnurun atasının əvəzinə əmisi, sabiq millət vəkili Məmməd Məmmədov danışıb.

    Mərasimin dizaynı fərqli olub, stollarda xüsusi lələkdən hazırlanan şamdan yerləşdirilib. Nikah kəsiləndən sonra toyun ilk mahnısını Elnur özü oxuyub - “Sevdiyimlə artıq evliyəm”.
    Toyda məşhur sənətçilər İlhamə Quliyeva, Aygün Kazımova, Faiq Ağayev, Aygün Bəylər, Namiq Qaraçuxurlu, Könül Kərimova, Ayan, Xatirə İslam da daxil olmaqla demək olar ki bütün sənətçilər iştirak edib. Tünzalə və Nadir Qafarzadə mərasimi mahnı oxumadan tərk edib. Modelyer Fəxriyyə Xələfova və Baba Vəziroğlu da gələn qonaqlar arasında olub.

    Toyu tanınmış aparıcılar Kamilə Babayeva və Nəsib Nur idarə edib. Mərasimdə jurnalistlərin iştirak etməməsi üçün xüsusi tədbirlər görülüb. Bundan başqa, Elnurla münaqişədə olan sənətçilərdən biri Elnuru hədələyib və “sənə toy günü sürpriz edəcəyəm” dediyi üçün həmin gün mühafizə tədbirləri görülüb. Tədbirdə çoxlu sayda mühafizəçilər olub.

    Toyun maraqlı sürprizlərindən biri də qonaqlara Şəki halvasının paylanması olub. Qonaqlara gəlinlə bəyin şəkilləri satılmayıb.

    Məclisin ən şux qonağı Nazpəri Dostəliyeva olub, müğənni oxuduqdan sonra xeyli oynayıb, məclisi qızışdırıb. Müğənninin Türkiyədən gələn ən yaxın dostu Günay Musayeva toy hədiyyəsi olaraq gəlinin barmağına brilyant üzük taxıb.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2011
    Mesajlar
    210

    Re: Müğənni Elnurun toyunda nələr olub?

    Sizden ne eceb toy xeberi,şad xeber yerlesdirmisiz?
    Axi hemishe ölenlerin xeberini yazirsiz.
    Allah xosbext etsin.Uzun omurlu olsun nigahlari.
    Bütün Cem'i subaylar ucun olsun xeyirlisinden.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.