Populyar müğənni Sevda Yəhyayeva yeni klipində futbol üzrə Azərbaycan millisinin üzvü Ruslan Abışovla çəkilib.

Milli.Az xəbər portalının Trend Life-a istinadən verdiyi məlumata görə, «Gec bir daha» adlı mahnının sözləri Nihal İbrahimov, musiqisi isə Nailə Mirməmmədliyə məxsusdur. 3D formatında İstanbulda çəkilmiş klip 20 000 manata başa gəlib. Onu məşhur türk rejissor Altan Dönməz (o, Tarkan üçün 7 klip çəkib) lentə alıb.

Sevda Yəhyayeva klipində bir sevginin tarixçəsini yaratdıqları futbolçu haqda deyib: «Biz sadəcə, dostuq. Sonrasının necə olacağını bilmirəm. Ruslanın klipimdə çəkilməsindən şadam. Bu, futbolçu ilə ilk işimdir və ümid edirəm ki, o, hər kəsin xoşuna gələcək».