«Bəstəkarlarımızın mahnıları bəstələrinə qoyduqları qiymətə dəymir».

Milli.Az xəbər portalının məlumatına görə, bunu populyar müğənni Nadir Qafarzadə Day.Az saytına müsahibəsində bildirib. «Hazırda bəstələnən musiqilər bəstəkarların qoyduğu qiymətə qətiyyən dəymir», - deyə N.Qafarzadə bildirib. O özü Murad Arifin «Rakkada-çikkada» mahnısına 3 min manat ödəyib. Bu mahnının ödənilmiş məbləğə dəyib-dəymədiyinə gəlincə, müğənni deyib: «Belə də… Ədalət naminə demək lazımdır ki, Muradın çox mahnısı hitə çevrilib. Amma bu mahnılar başı deyil, ayaqları hərəkətə gətirir».

Şəxsi həyatı haqda da danışan N.Qafarzadə yenidən ata olmaq arzusunu gizlətməyib: «İki oğlum var. İlk övladımız qız olmuşdu. Lakin o, həkimlərin səriştəsizliyi ucbatından cəmi 10 gün yaşadı. Həmişə xanımımın mənimçün üçüncü övlad – qız uşağı dünyaya gətirməsini istəmişəm. Amma o, bundan imtina edir».