"Mənfəəti öndə tutmaq bizi böyük fəlakətlərə apara bilər".

“Azərbaycan sənət adamlarının ermənilərlə səhnə bölüşməsinə heç bir bəraət yoxdur”. Bu sözləri Milli.Az xəbər portlaına əməkdar artist, müğənni Tünzalə Ağayeva deyib.

Son zamanlar ermənilərlə bir səhnəyə çıxan, yaxud çıxdığı iddia edilən sənət adamlarının hərəkətinə münasibət bildirərən müğənni bildirib ki, Azərbaycan torpaqlarının işğal altında olduğu, insanlarımızın qaçqın-köçkün vəziyyətinə salındığı, millətin haqqının tapdandığı vaxtda hansı sənətçinin haqqı var işğalçı ölkənin sənət adamı ilə səhnə bölüşsün? Əməkdar artist hesab edir ki, ermənilərlə bir səhnəyə çıxmaq o halda baş verə bilər ki, onlar işğal etdikləri Azərbaycan torpaqlarından əl çərsinlər, haqlarımızı özümüzə qaytarsınlar, bəlkə uzun müddət keçəndən sonra bu, mümkün olsun.

T.Ağayeva həmkarlarını, müsiqiçiləri hər bir hərəkətlərində diqqətli olmağa çağırdı: “Üzümü musiqiçilərimizə tutaraq deyərim ki, bir az diqqətli olsunlar. Şəxsiyyətimizi və mənfəətimizi hər şeydən önə çıxara bilmərik. Bu, bizi böyük fəlakətlərə apara bilər. Bu gün biz az qazana bilərik, gəlirimiz az da ola bilər. Həyat təkcə mənfəətdən ibarət deyil. Burda söhbət millətdən, kimliyimizdə, qeyrət və namusumuzdan gedir. İşğala məruz qaldığımız, haqsızlıqla üzləşdiyimiz “millətin” çevrəsində hansı haqla ola bilər və ya səhnə bölüşə bilərik? Sənətçilərimiz ehtiyatlı olsunlar və belə hallara yol verməsinlər”.

Anar