Müğənni iki aylıq hamilədir.

“Min oyundan çıxan sənət adamları ərə gedirlər, ər də başlarına and içir, mən niyə getməyim ki?” deyən, pornoqrafik şəkilləri ilə məşhur olan müğənni Bagira ərə gedib. ANS PRESS-in məlumatına görə, o artıq iki aylıq hamilədir. Hələ ötən ilin əvvəlində müsahibələrinin birində “Bu yaxınlarda şok xəbər verəcəm. Mən şok yaratmağı bacaran xanımam”, deyə müğənni xəbərdarlıq etmişdi. Bagira sözünün üstündə durdu və bu xəbərlə bizdə şok yarada bildi. Amma bu məlumatı biz onun özündən deyil, çox təsadüfən öyrəndik.

Bir sözlə, Bagira türk iş adamı ilə ailə qurub və Türkiyədə yaşayır. Azərbaycana da 2 günlük qonaq gəlib və bu ərəfədə gözəllik salonlarının birində görünüb. Gözəllik salonunda ərə getdiyindən və iki aylıq hamilə olduğundan həvəslə danışan Bagira, həyatındakı bu yenilikdən heç kimin xəbər tutmamasını istəyib. O, həyat yoldaşı ilə problem yaşanacağından ehtiyat etdiyini söyləyib və bu səbəbdən şou-biznes aləmindən və ümumiyyətlə, onu yaxından tanıyanlardan heç kimlə əlaqə saxlamır.

Qeyd edək ki, Bagira bütün telefon nömrələrini dəyişib. Onun saç ustasına da gizli nömrə ilə zəng vurduğu bildirilir.

Xatırladaq ki, nə qədər qəribə olsa da, müğənni ötən il çılpaq şəkillərini yayımladığına görə, google.az axtarış sistemini məhkəməyə verməyə hazırlaşırdı.

Milli.Az