Dünyanın ən qlamur qadını Bakının qonağı olacaq.

Dünya şöhrətli ulduzların Bakıya gəlişi artıq ənənə halını alıb. Bu dəfə paytaxt sakinləri dünyanın ən qlamur qadınını qarşılaşmaq şansını qazana biləcəklər.
Milli.Az xəbər portalının məlumatına görə, dünyanın ən bahalı “Fashion face”lərindən sayılan Viktoriya Bekhem yaxın günlərdə Bakıya gələcək. Məşhur ulduzun möhtəşəm bir layihənin açılış mərasimində iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, məşhur “Space girls” qrupunun solisti kimi populyarlaşan Viktoriya Bekhem sonradan moda industriyasında da böyük şöhrət qazandı. Ulduz futbolçu Devid Bekhemlə ailə qurub, üç oğul anası olan Viktoriya ötən il "dünyanın ən qlamur qadını" adına layiq görülüb.

Nəzakət