Milli.Az xəbər portalının «Ekspress qazeta»ya istinadən verdiyi məlumata görə, Filipp Kirkorovla nikahını «səhv və əsl cəza» adlandıran Puqaçova Qalkinin ona «uğursuz nikahdan sonra səmalar tərəfindən göndərildiyini» söyləyib: «Allah mənim səhvimi düzəltdi. O, əvvəlcə məni Kirkorovla cəzalandırdı. Sonradan Maksim kimi təsəlli göndərdi. Maksimlə hər günüm günəşlidir. Hər gün bayramdır. Bəxtim çox gətirib!»
Sonra primadonna daha açıq danışıb: «Gəlin açıq danışaq. Axı biz böyük insanlarıq. O, ilk addımı atdı və məndə seksə böyük həvəs yarandı. Heç özüm özümdən bunu gözləmirdim. Hiss etdim və anladım ki, o, əla sevgilidir. Mənə də elə bu lazım idi…»

Milli.Az