Xalq artisti Flora Kərimova 8 Mart Beynəlxalq Qadınlar Günündə kimsədən hədiyyə gözləmir. Sevilən sənətçi Milli.Az xəbər portalına açıqlamasında «gözümün yolda qalmasını istəmirəm»-deyir: «Mən heç kimdən heç nə ummuram, gözləmirəm. Qismətim nədisə, o da olacaq. Gözləmək odur ki, gözün yolda qalsın, həyatından küskün olasan, umasan. Kimdənsə nəsə ummaq təbiətimə yaraşmayan xüsusiyyətdir. Bu gün qismətimi yaşayıram. Bu anlamda mən həyatda istədiyim məhəbbəti görmüşəm, görürəm də. İstər şəxsi həyatda - itirdiyim qismət tərəfindən... Həyatımdan çox məmnunam! Ən dəyərli təbriklər mənim övladlarımdan ola bilər. Amma o barədə də gözüm heç vaxt yolda qalmaz, çünki onlar hər 8 Martda məni təbrik edirlər».

Aytən
Milli.Az