Faiq Ağayev:

- Mənim ən bahalı klipim Hikmət Mirməmmədlinin «Neyləyim» mahnısına çəkilmiş klipdir. Kənan M.M. tərəfindən çəkilmiş klip 12 min dollara başa gəlib.

Aygün Kazımova:

- 2002-ci ildə Türkiyədə çəkilmiş «Siqara» klipi hələ də ən bahalı klipim olaraq qalır. Ülviyyə Könülün çəkdiyi bu klipin pulunu isə mən yox, reklam şirkətlərindən biri ödəyib.

Almaz Ələkbərova:

- Ən bahalı klipim Fuad Əlişovun Mahir Rzayevin «Azərbaycan» mahnısına çəkdiyi klipdir. O, mənə 13 min dollara başa gəlib.

Ədalət Şükürov:

- «Qoca çinar» və «Serenada»ya çəkdirdiyim kliplər ən bahalı kliplərimdir. Onların hər birinə 6 min dollar xərclənib. Üstəlik, onları özüm çəkmişəm və rejissora pul ödəmək lazım gəlməyib.

Nadir Qafarzadə:

- Mənim çoxsaylı kliplərim olsa da, xüsusi bahalı klipim yoxdur. Maksimum 7 min dollara başa gəlmiş 3 klipim olar…

Natəvan Həbibi:

- O qədər də çox klip çəkdirməmişəm. Cəmi 5 kilipim var. Onlardan Moskvada çəkilmiş 2-si mənə xeyli baha başa gəlib. Bunlar Rüstəm Zeynallının «Etirazım var» və Tunarın «Ehtiyacım var» mahnılarına çəkilmiş kliplərdir. Onların hər birinə 20 min dollardan artıq pul ödəmişəm.

Rəqsanə İsmayılova:

- Ən bahalı klipim 145 min dollara başa gəlib. Bu, Aynur Adilqızının «Vozmi menya s soboy» mahnısına çəkilmiş klipdir. 2006-cı ildə Fuad Əlişovun çəkdiyi həmin klip həmin dövr üçün çox baha başa gəlib.

İradə İbrahimova:

- Türkiyədə çəkdirdiyim son klipim digərlərindən baha başa gəlib. «Bu aralar» mahnısına çəkilmiş klipə təxminən 20 min dollar xərclənib. Onun pulunu həyat yoldaşım ödəyib. O, klipi mənə hədiyyə edib.

Milli.Az