Aşk-ı memnu Behlülü Kıvanç Tatlıtuğ Azərbaycana gəlir
Məşhur türk serialı “Aşk-ı Memnu”dan Azərbaycan tamaşaçısına tanış olan “Behlül”, yəni aktyor Kıvanç Tatlıtuğ Azərbaycana gəlir. Türkiyənin Azərbaycandakı səfirliyinin kültür tanıtma müşavirliyinin əməkdaşı Nizami Zöhrabinin ANS PRESS-ə verdiyi məlumata görə, aktyor Bakıya martın 11-də gələcək və martın 12-də geri dönəcək.
Aktyorun ölkəmizə gəlişinin məqsədi martın 18-dən aprelin 26-dək Bakıda təşkil ediləcək “İstanbul Shopping Festivalı”nın (İstanbul Yarmarka Festivalı) təqdimatı məqsədilə keçiriləcək mətbuat konfransına qatılmaqdır. Mətbuat konfransı martın 11-də “Hyatt Park” otelinin “Şuşa” zalında keçiriləcək.
Qeyd edək ki, Kıvanc Tatlıtuğ “İstanbul Shopping Festivalı”nın Orta Şərq üzrə nümayəndəsi seçilib.
Yer imleri