Ötən gün paytaxt restoranlarının birində yeni fəaliyyətə başlayan “CeyN” prodakşının ilk layihəsi olan “İlin brendi” mükafatının təltifetmə mərasimi keçirilib. Milli.Az xəbər portalının məlumatına görə, əvvəllər daha çox aparıcı kimi tanınan jurnalist Ceyran Nərimanın rəhbərlik etdiyi prodakşn məhsuldar işləməyi qarşısına məqsəd qoyub. Uzun illər televiziyada aparıcı-müxbir çalışan Ceyran indi televiziya fəaliyyətinə son qoyaraq, şəxsi işini qurmaq qərarına gəlib.

Quruluşçu rejissoru Nail Naiboğlu olan tədbirdə Ceyran Nəriman yeni xəbər saytını da təqdim edib: “[

Mərasimin aparıcıları Səkinə Nəriman və Könül Yusifqızı tərəfindən elan olunan nominasiyalara müxtəlif sahələr üzrə fəaliyyət göstərən bir sıra iri şirkətlər layiq görülüblər və hər bir şirkət öz sahəsi üzrə “ilin brendi” elan olunub.

Mükafatlandırma mərasimində iştirak edən müğənni və incəsənət xadimləri də nominantlara öz təbriklərui çatdırıblar. Onların sırasında Elariz Məmmədoğlu, Nadir Qafarzadə, Mətanət İsgəndərli, Rüfət Axundov, Samir Dərgah, Sevinc Musayeva və rəqqasə Fatimə ilə həmkarı İlham olub.

Milli.Az