Acı Hatıralar serialı başlayacaq
Türkiyə telekanallarının ekranına yeni serial gəlir. “Sultanın sirri” adlı serialla tanınan Ömər Ərbilin çəkdiyi serial “Acı hatıralar” adlanır. Serialda Erbil, Cemal Hünal, Kutsi, Aydan Şener ve Şerif Sezer kimi tanınmışlar rol alacaq.
Serial uzun illər əvvəl baş verən hadisələri canlandıracaq. İstanbul bəylərindən birinin qızı, kürəkəni və nəvələri arasındakı mövqe mübarizəsindən bəhs edən serialın çəkilişlərinə hazırlıq işləri başa çatmaq üzrədir. “Acı hatıralar”ın hansı telekanalda yayımlanacağı hələ məlum deyil.
Milli.Az