Peker Açıkalın “Yahşi Cazibə” serialını niyə tərk edib?
Milli.Az xəbər portalı “hurriyet.com.tr” saytına istinadən xəbər verir ki, “Yahşi Cazibə” serialında “Peker Pekmez” rolunu oynayan Peker Açıkalın serialı tərk edib.
“Mən həmin seriala baş rolda oynamaq üçün çəkilməyə başladım. Lakin özümü orada tapa bilmirdim”, - deyə serialı tərk etmə səbəbini izah edən Peker Açıkal bildirib.
Daim ikinci planda göstərildiyindən narazılıq edən aktyor vurğulayıb: “Mən isə heç vaxt ikinci planda olmaq istəməmişəm. Çünki, mənim üçün hər şey pul deyil, pul üçün heç vaxt ikinci planda olmaram”.
Aktyor əlavə edib: “Əgər bu serialda çəkilməyə davam etsəydim özümə hörmətim azalacaqdı”. Milli.az
Yer imleri