3 sonuçtan 1 ile 3 arası

Rəqsanə müalicəsinə nə qədər pul xərcləyib?

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.412

    Rəqsanə müalicəsinə nə qədər pul xərcləyib?

    Fevralın ilk ongünlüyündən başlayaraq, səhhətində yaranan ciddi problemlərdən qurtulmaq üçün xarici dövlətlərə üz tutan qalmaqallı estrada müğənnisi Rəqsanə İsmayılovanın ümumilikdə xərclədiyi pulların miqdarı məlum olub. Trend-in apardığı araşdırmanın sonunda müğənninin bu prosesə 44 000 dollar xərclədiyi üzə çıxıb.
    Bir neçə etibarlı mənbənin verdiyi məlumata görə, Bakıdakı müayinələr üçün müğənni gözüyumulu olaraq 7 min ABŞ dollarından keçib. Nəzərə alsaq ki, Rəqsanənin şikayəti başına yığılmış arzuolunmaz maye ilə bağlıdır, demək, o, dolayısı ilə onkoloji xəstə kimi müalicə alıb.
    Qəbul etdiyi dərman preparatlarının bəzisini pulsuz əldə etməsinə baxmayaraq, qəfil qərar verib fevralın 10-da İstanbula gedən müğənni qardaş ölkədə bir sutkadan az qalsa da, haradasa 8 min ABŞ dollarından keçməli olub. Dubayda yerləşən "Iranian hospital" klinikasına VIP xəstə kimi öncədən sifariş müğənniyə 2 min dollara başa gəlib. Sağalmaq üçün çıxdığı yolda bacısını özünə dərd ortağı götürən Rəqsanənin yemək və qalmaq üçün haradasa 1500 dollar xərclədiyi deyilir.
    Avaibiletlərin alınmasına isə İsmayılovlar ailəsi (İstanbula getmək, oradan Dubaya, Dubaydan yenidən Bakıya qayıtmaq da daxil olmaqla - red.) ümumilikdə 2 500 dollara yaxın pul xərcləyiblər. İndi yazacağımız rəqəm oxuculara fantastik görünsə də, müğənninin Dubayda yerləşən "Iranian hospital" klinikasında çəkdiyi xərcin ümumi dəyəri 23 min dollarla ölçülür.
    Mənbələrdən biri iddia edir ki, xərclənən bütün pulları son qəpiyinə kimi Rəqsanənin Türkiyədə yaşayan türk əsilli biznesmen dostu ödəyib.

    Trend olaraq müğənninin prodüseri Təranə Səmədova ilə əlaqə saxladıq. "Araşdırmanızın doğru və ya yalan olduğunu nə təsdiq, nə də təkzib etmək istəyirəm. Rəqsanənin müayinə, eləcə də müalicəsi üçün xərclədiyi maliyyə vəsaiti haqqında da hansısa informasiyam yoxdur. Bütün detalları özü bilir. Və əgər ehtiyac duyarsa, bunu mətbuata açıqlayar", - prodüser fikirlərini belə izah etməyə çalışdı.
    Artıq 2 gündür Bakıda olsa da, Rəqsanə İsmayılova jurnalistlərin israrlarına baxmayaraq, hələ ki hansısa KİV-ə başına gələn arzulolunmaz xəstəliklə bağlı ətraflı müsahibə vermək niyyətində deyil. Müğənniyə Allahdan şəfa diləyib, Siz oxucularımıza araşdırmamızı davam etdirəcəyimizi xatırlatmağı lazım bilirik.Milli.az
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.831

    Re: Rəqsanə müalicəsinə nə qədər pul xərcləyib?

    Allah komeyi olsuun,ovladlarina yazigi gelsin raqqoshun.Daha beyenen beyenibde niye bu qeder pul tokur bu emeliyyatlara bilmirem.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Mesajlar
    26

    Re: Rəqsanə müalicəsinə nə qədər pul xərcləyib?


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.