Milli.Az xəbər portalı bildirir ki, müğənni Elariz Məmmədoğlunun fikrincə, həmkarı Rüfət Mehtiyevin dünyasını dəyişməsinin səbəbi onun maddi problemləri olub.

«41 yaşında bir insan səbəbsiz yerə ürəyindən, infarktdan gedə bilməz. Yəqin ki, onun maliyyə problemləri vardı. Allah pulsuzluğu kəssin! Bilirsiniz, Rüfətin birinci nikahı uğursuz alınmışdı. O, ikinci dəfə evlənsə də, birinci nikahından olan ailəsinə, qızlarına maddi dəstək olurdu. O, qızlarının tərbiyəsi, həyatı, taleyil və təhsili ilə çox ciddi maraqlanırdı, onlara daim maddi yardım edirdi. Görünür, bir mügənni üçün bu qədər yükün altına girmək çətin bir iş imiş... Rüfət gözəl insan və müğənni idi», - E.Məmmədoğlu Milli.Az xəbər portalına bildirdi.

Mərhum müğənni ilə çox yaxın dost olduğunu deyən E.Məmmədoğlunun sözlərinə görə, hər zaman bir-birilərinin şən və kədərli günlərində bir arada olublar: "Rüfət Mehtiyev ümumiyyətlə, hamı ilə çox yaxşı münasibətdə olub. Onu çoxlarından erkən tanımışam. Rüfət məndən əvvəl oxumağa başlayıb. Bizim dostluq münasibətimiz bu günə kimi davam edir. O, dynasını dəyişsə də, Rüfəti yenə də özümə dost sayıram".

Aytən
Milli.Az