Milli.Az xəbər portalının məlumatına görə, müğənni konsertdə tək deyil, türkiyəli şair, bəstəkar və ifaçı Əhməd Şəfəqlə birlikdə çıxış edəcək. Məlumat üçün bildirək ki, Əhməd Şəfəq də Tünzalə Ağayeva kimi əsasən, vətənpərvərlik mahnılarının müəllifi və ifaçısıdır.

“İki bədəndə bir can” adlı konsert proqramından əldə olunan vəsaitin bir qismi Heydər Əliyev Fondunun hesabına köçürüləcək, bir hissəsi isə kimsəsiz uşaqların ehtiyaclarını ödəmək üçün ayrılacaq. Konsertin təşkilatçısı “Azəri-Türk Qadınlar Birliyi”dir və layihənin keçirilməsində məqsəd Azərbaycala Türkiyə arasında dostluğu daha da möhkəmləndirməkdir. Xeyriyyə konserti mart ayının 18-də Heydər Əliyev adına Sarayda keçiriləcək.

Qeyd edək ki, artıq konsert haqqında məlumat Əhməd Şəfəqin rəsmi internet ünvanında da yerləşdirilib.

Səbinə
Milli.Az