Türkiyə sənətçisi Yıldız Tilbə Bakıya gələcək.

“Üç nöqtə” qəzetinin məlumatına görə, müğənni şou-biznesin tanınmış prodüserlərindən olan Mikayıl Hüseynovun qardaşının toy mərasimində iştirak edəcək. Bakıda konsert üçün menecerlərdən yüksək qonorar tələb edən müğənni bu məclisdə pulsuz oxuyacaq. Mikayıl Hüseynov məlumatı təsdiqləyərək, deyib ki, onun Rəcəb adlı dostunun Yıldız Tilbə ilə yaxşı münasibətləri var. Müğənnini toya da plastik cərrah olan Rəcəb dəvət edib.

Milli.Az