Müğənni Rəhim Rəhimli konsert proqramına hazırlaşır.

Milli.Az xəbər portalının məlumatına görə, onun Rusiyada səhnəyə çıxacağı gözlənilir. Röyadan sonra Moskvada konsert verməyi planlaşdıran Rəhim Rəhimlinin canlı ifa edəcəyi mahnıların məşqləri aparılır. Konsert proqramının geniş tamaşaçı tutumu olan məkanların birində təşkil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, müğənni yaxın günlərdə Moskvaya səfər edəcək və konsertlə bağlı bəzi məsələləri konkretləşdirəcək.

Xədicə
Milli.Az