Türkiyəli müğənni Sərdar Ortac uzun müddətdir birlikdə olduğu litvalı sevgilisi Asta ilə nişanlanıb.

Milli.Az xəbər portalı Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, müğənni konsertindən əvvəl sevgilisinə evlənməyi təklif edib və barmağına təkdaş brilliant üzük taxıb. Səhnəyə nişan üzüyü ilə çıxan Sərdar Ortacın sevgilisi üçün nişan üzüyünü Cənubi Afrikadan gətirtdiyi və bunun üçün 18 min dollar ödədiyi bildrilir.

Milli.Az