«Onun ürəyi» adlı nağıl-müzikl filminin çəkilişləri artıq başa çatıb. Bu haqda Milli.Az xəbər portalına filmin ssenari müəllifi və rejissoru Samir Kərimoğlu danışıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən müzikl «Salnamə» studiyası və «AGP» prodakşının birgə istehsalı olacan ilk müzikldir. Bəstəkar Vüqar Camalzadənin Milli.Az xəbər portalına verdiyi məlumata əsasən isə, müziklin premyerası bir həftə sonra reallaşacaq: «Azərbaycanda ilk dəfədir ki, belə bir müzikl çəkilir. Müziklin ideyası və bütün bəsətələri mənə məxsusdur. Yeri gəlmişkən, müzikldəki sountreklərdən birini xalq artisti Zülfiyyə Xanbabayeva səsləndirib».

Bəstəkar Vüqar Camalzadə, operator Nadir Mehdiyev, qrafist Tural Səfərovdur. Filmdə baş rolları Hüseyn Səttarzadə, Murad Abdullayev, Aysel İbrahimova ifa ediblər.

Əsərin mövzusuna gəlincə, cadugar Şərrin Pərilər ailəsinin yenicə dünyaya gəlmiş uşağını cadulayır. Ağ eybəcər məxluqa - qara Qədrana çevrilir. Qədran isə günlərin birində Pəriyə aşiq olur. 25 dəqiqəlik film xeyirlə şərin mübarizəsindən bəhs edir.

Aytən
Milli.Az