Müğənni Ayan növbəti dəfə kamera önünə keçəcək.
Milli.Az xəbər portalının məlumatına görə, gənc ifaçı sözləri Baba Vəziroğlu, musiqisi isə Aygün Bəylərə məxsus olan «Dəniz» mahnısına ekran həyatı vermək qərarına gəlib.

Mahnıya vizual yozumu isə rejissor Orman Çingizoğlu verəcək. 5D formatında olacaq klip kinoplyonkaya çəkiləcək.

Ayanın sözlərinə görə, xeyli maliyyə xərclənəcək klip ona hədiyyə olunacaq. Klip çəkilişlərinin kim tərəfindən maliyyələşdirildiyini isə müğənni sirr saxladı.

Aytən
Milli.Az