Milli.Az xəbər portalının məlumatına görə, Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova yaxın həftələrdə körpəsi ilə birgə Bakıya səfər edəcək.

Ötən ilin noyabr ayında ilk övladını dünyaya gətirən müğənni analıq məzuniyətini başa vurur. Hazırda İstanbulda yaşayan İ.İbrahimova Bakıya səfərində qızı İpəyi də özü ilə gətirəcək.

Müğənninin mətbuat katibi portalımıza bildirdi ki, İ.İbrahimova Bakıda olaekən yeni mahnılar yazdıracaq. Bunlar son illər sıx çalışdığı bəstəkarlar Minayə xanım və Gövhər Həsənzadənin bəstələri olacaq. Repertuarını bir sıra mahnılarla yeniləyəcək İradə xanım maraqlı layihələr işləməyi düşünür. Müğənni bu il üçün bol yaradıcılıq işləri vəd edir.

Leyla
Milli.Az