Müğənni Sevda Yahyayeva “Gecdir daha” mahnısına Türkiyədə klip çəkdirib.

Bu barədə Lent.az-a müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib. Prodüser deyib ki, gənc müğənni Tarkan, Handə Yenər, İşın Karaca, Ebru Gündeş kimi məşhurların klipini çəkən rejissor Altan Dönməzlə əməkdaşlıq edib: “Müğənni hamının marağına səbəb olacaq bir şəxslə klipə çəkilib. Həmin şəxsin kimliyi barədə mətbuat nümayəndələri klip təqdimatında xəbər tutacaqlar”.


P.Əsgərov onu da əlavə edib ki, klip təqdimatında Sevda Yəhyayevanın “Dinlə” adlı albomu və bəstəkar mahnılarından ibarət DVD diski eyni də jurnalistlərə tanıdılacaq: “Bundan başqa Sevdanın yeni, nəfis tərtibatlı şəxsi saytı da nümayiş olunacaq”.

Lalə Yusifqızı

LENT.AZ