Aysel Teymurzadə YAP üzvü oldu
2009-cu ildə keçirilən "Eurovision" mahnı yarışmasında III yerin qalibi Aysel Teymurzadə Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq üçün partiyanın Nəsimi rayon təşkilatına müraciət edib.
Bu barədə Lent.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, bir neçə gün öncə "Eurovision" mahnı müsabiqəsinin mükafatçısı Səfurə Əlizadə də hakim partiyanın rəhbərliyinə partiya sıralarına üzv olmaq üçün müraciət etmişdi. Azərbaycan şou-biznes nümayəndələri arasında bundan əvvəl də YAP-a üzv olanlara rast gəlinib.