Murad Arif: “Nişanlandım, subaylar üçün olsun!”

Azərbaycanın məşhur aparıcılarından olan Murad Arif Stokholmda nişanlanıb. Lent.az-ın məlumatına görə, teleaparıcı Stokholma - sevdiyi qızın yanına gedib və münasibətlərini ailə arasında rəsmiləşdirib.


Nişanlılar üzüklərinin fotosunu “facebook” sosial şəbəkəsində yerləşdiriblər. Murad Arif Lent.az-a açıqlamasında Bakıya qayıdandan sonra da şəxsi həyatı ilə bağlı açıqlama verməyəcəyini deyib: “Bütün jurnalist dostlarımdan xahiş edirəm, məndən inciməyin. Bu özümə aid hadisədir. Mətbuatla paylaşmaq və geniş məlumat vermək fikrində deyiləm. Nişanlandım, subaylar üçün olsun!”

Lalə

LENT.Az