«Eurovision-2011»in mili seçim turunun 4-cü mərhələsində, bu axşam Aynişan Quliyeva solo-proqramla İTV-nin canlı efirində çıxış edəcək. Gənc sənətçinin Milli.az xəbər portalına bildirdiyinə görə, çıxışına daha məsuliyyətlə yanaşıb və tamaşaçılarına maraqlı sürpriz hazıralyıb:
«İnsanları bu gecə mənim çıxışıma baxmağa dəvət edirəm. Bu, çox maraqlı bir konsert proqramı olacaq. Repertuarda həm yeni, həm də eşidilmiş mahnılar olacaq. Bundan əlavə tamaşaçılara çox maraqlı sürpriz hazırlamışam. Bunu konsert vaxtı bəlli edəcəm. Buna qədər heç kim məni bu cür təqdimatda görə bilməyib».

Xatırladaq ki, əməkdar artist, müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva mili seçim turlarının altıncı həftəsində 10 yaxşı iştirakçıdan biri olaraq növbəti tura adlayıb. Hazırda seçimlər 5 nəfər iştirakçı arasında aparılır. Fevralın 3-də onlardan 3-nün adı sonuncu tur üçün çəkiləcək.

Xədicə
Milli.Az