Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Ötən gecə yol qəzasına düşən müğənni Niyaməddin Musayevlə əlaqə saxladıq. Xalq artisti Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, qəza zamanı heç bir xəsarət almayıb: "Yüngül yol qəzası idi. Maşında gedərkən idarəetməni itirdim və yol qırağındakı səkiyə dəydim. Xoşbəxtlikdən heç nə olmadı".

Anar Məmmədov
Milli.Az