Eurovision 2011 müsabiqəsində Almaniyanı yarışın son qalibi Lena Meyer təmsil edəcək.

Milli.Az xəbər portalının utro.ru saytına istinadən verdiyi məlumata görə, Almaniya ilə yanaşı, bir neçə ölkənin də müsabiqədəki təmsilçiləri müəyyənləşib. Məsələn, Böyük Britaniyanı yarışda 2000-ci ildə yaradılmış Blue pop-qrupu, Niderlandı «3JS» qrupu təmsil edəcək. Kipr yarışa müğənni Xristos Milordosla qatılacaq.
Xatırladaq ki, yarış mayın 10-14-də Dyusseldorfda keçiriləcək. Orada 38 ölkə iştirak edəcək. Artıq Avstriya ilə İtaliya da müsabiqəyə döndüklərini elan ediblər. Andorra, Lüksemburq, Monako, Çexiya və Lixtenşteyn isə müxtəlif səbəblərdən «Eurovision»a qatılmaqdan imtina edib.

Milli.Az