Yanvarın 12-dən Rusiyanın Moskva şəhərində səfərdə olan Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva dünən Vətənə dönüb. Bu barədə Milli.Az xəbər portalına məlumat verən müğənninin mətbuat katibi Faiq Ələkbərli bildirib ki, yaxşı istirahət edib, bol enerji toplayan sənətkar yeni layihələrə start verəcək.

"Müğənni yenidən bəstəkar, millət vəkili Novruz Aslanla yaradıcılıq ünsiyyətini davam etdirəcək. Məlumdur ki, bəstəkarın İlhamə xanımın sözlərinə bəstələdiyi “Yaşın nə fərqi var?” mahnısı bu gün bir kəlam kimi dillərdə əzbərdir. Daim yeniliklərlə gündəmə imzasını atan İlhamə xanımın növbəti mahnısının da hitə çevriləcəyi indidən bəllidir".
Mətbuat katibi deyir ki, müğənni artıq Novruz Aslanın bir neçə mahnısını lentə aldırıb. Həmin mahnıların birinə klip çəkilməsi nəzərdə tutulub. Sənətkar il ərzində daha yeni layihələrə imza atmaq niyyətindədir. Hələlik bu barədə mətbuata açıqlama verilmir.

Xatırladaq ki, "Şöhtər" ordenli İlhamə Quliyeva ötən il Türkiyədə "Türk dünyasının sənət kraliçası" mükafatı ilə təltif edilib.

Xədicə
Milli.Az