Tanınmış bəstəkar Vüsalə İlyasova və müğənni Elnur Məmmədov yeni layihə üzərində çalışırlar. Bu barədə Milli.Az xəbər portalına bəstəkarın mətbuat katibi Ceyhun Məhərrəmov məlumat verib.
Onun sözlərinə görə, Elnurla Vüsalə uzun illərdir dost olmalarına baxmayaraq, bu onların ilk iş birliyidir. Musiqisi Vüsalə xanıma sözləri isə Sevinc Şirinə məxsus olan “Evliyəm artıq” adlı ifa lirik notlar üzərində yazılıb. Bundan sonra müğənni ilə bəstəkarın bir sıra yenilikləri gözlənilir.

Onu da qeyd edək ki, bir neçə məşhur ifalara qol qoyan bəstəkar xanım bu günə qədər “Eurovision” namizədi İlhamə Qasımovanın “Dəliyəm”, “Sevgi Mesajı”, “Taleyim gəl”, Xatirə İslamın “Alın yazım” və “Ay olmuşam”, Aygün Bəylərin “Xatirələr” , Elnarənin “Necəsən” mahnılarının müəllifidir.

Mələk
Milli.Az