Azərbaycan qadınlarına Sibel Candan sürpriz...

Milli.Az xəbər portalının məlumatına görə, Türkiyənin məşhur və sevilən müğənnisi Sibel Canın 8 mart Beynəlxalq Qadınlar günündə Bakıda solo konserti keçiriləcək. Konsertin Bakı Əyləncə Mərkəzində keçirilməsi nəzərdə tutulub.
Konsertin təşkilatçısı tanınmış prodüser Tarix Əliyevdir (Tolik).

Konsert barədə Milli.Az-a məlumat verən Tolikin sözlərinə görə, Sibel Can Bakı konsertində canlı ifa səsləndirəcək: "Çox sevdiyim müğənni Sibel Canı məhz qadınlar günündə Bakıya gətirəcəm. Onun canlı ifasını müşayiət etmək üçün Türkiyədən bütün deyil, yarım ansambl gələcək. İki saatlıq şou-proqram hazırlayıram”.

Təşkilatçı həmçinin biletlərin qiymətindən söz açdı:” Biletin qiyməti 100-150 manat qoymaq istəyirik. Buraya yemək də daxildir”.

Tolik yerli müğənnilərin iştirakından da danışdı: “Ola bilsin ki, müğənnilər qonaq qismində iştirak etsinlər. Amma Sibel Canla bir səhnəni paylaşan olmayacaq. Bu, tək onun konsertidir. Mənə elə gəlir ki, orada bizim müğənnilər olmayacaq. Çünki, onların öz işləri olacaq”.

Qeyd edək ki, solo konsertin sonunda diskoteka təşkil olunacaq.

Milli.Az