Azərbaycanın əməkdar artisti Tünzalə Əliyevanın («Toppuş bacı») boğazında 3 şiş var.

Milli.Az xəbər portalının Trend Life-a istinadən verdiyi məlumata görə, bu günlərdə o, əməliyyat masasına uzansa da, həkim son anda əməliyyatdan imtina edib.
«Boğazımda 3 tərəfdən güclü ağrılar var. Həkimlər boğazımda 3 "qrıja" olduğunu müəyyənləşdirib. Amma aparat şişlərdən yalnız 2-ni göstərir. Əməliyyat masasına uzansam da, həkim son anda şişin biri görünmədiyi üçün əməliyyatdan imtina etdi. Üçüncü şişin aparatda görünməsi üçün 30 kiloqram arıqlamalı olduğumu bildirirlər», - deyə aktrisa bildirib.

«Toppuş bacı» deyib ki, ona 30 kiloqram arıqlamaq çətin olduğundan xaricdə baha qiymətə başa gələcək əməliyyata getməkdən başqa yolu yoxdur: «Dəstəyim və sponsorum yoxdur. Odur ki, əməliyyat pulunu yığmaq üçün xeyli işləməli olacağam. Əməliyyatı yayda ya Rusiya, ya Türkiyə, ya da İranda keçirməyi düşünürəm. Qoy hamı mənə dua etsin! Mənə kömək edən bütün dostlara minnətdaram».

Milli.Az