Xalq artisti Faiq Ağayev atasını itirdi
Xalq artisti Faiq Ağayevin ailəsində böyük itki baş verib. Milli.Az xəbər portalının məlumatına görə, bu gün səhər saatlarında sənətçinin atası Balağa Ağayev ömrünün 71-ci ilində dünyasını dəyişdi.
Son zamanlar səhhətində ciddi problemlər yaşayan Balağa müəllimin dünən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasından evə gətirilib. B.Ağayev elə öz evindəcə əbədiyyətə qovuşdu.
Xalq artisti Faiq Ağayevə, onun anası, qardaşları və yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.
Mələk
Milli.Az
Re: Xalq artisti Faiq Ağayev atasını itirdi
Allah rehmet etsin axir qem olsun