Maştağa sakini Məşədibaba Aydəmirov özünü yandırıb. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gün qeydə alınıb. Maştağa qəsəbə sakini, 40 yaşlı Məşədibaba Aydəmirov yaşadığı evin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. M. Aydəmirov bu gün xəstəxanada dünyasını dəyişib.

M. Aydəmirovun özünə qəsd etməsinin dəqiq səbəbləri barədə hələlik heç bir məlumat verilməsə də, mərhumun ailə üzvləri ilə bir neçə ildir, problemləri olduğu bildirilib. Mərhum, həmçinin son illər spirtli içkilərə qurşanıbmış.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, M. Aydəmirov tanınmış meyxana ustasıdır. O, meyxanaçı Məşədibaba kimi tanınır. ANSPRESS