Teleaparıcı və bəstəkar Murad Arif “Stromae”, Sofi Elis Bekstor, Frimasons, Serebro, “The Saturdays” kimi dünya ulduzları ilə eyni müsabiqədə mübarizə aparacaq. Bu barədə Murad özü açıqlama verib: “Müəllifi olduğum “BOOM! mahnısı “OGAE Song Contest” müsabiqəsinə təqdim olunub. OGAE – “Eurovision” müsabiqəsinin rəsmi fan-klubudur! Müsabiqəyə müxtəlif ölkələr üzrə 27 mahnı seçilib. Bu il müsabiqəyə “STROMAE”, Sofie Elis Bekstor, Freemasons, Serebro, “TheSaturdays” kimi dünya şöhrətli ulduzların mahnıları təqdim olunub. Bu mahnıların arasında Azərbaycanı “BOOM” mahnısı təmsil edir”. Qeyd edək ki, yaxın günlərdə müsabiqənin rəsmi saytında səsvermə başlayacaq./lent.az