2 sonuçtan 1 ile 2 arası

Rəqqasə Fatimə müğənnilərə meydan oxuyacaq

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Rəqqasə Fatimə müğənnilərə meydan oxuyacaq

    Uzun illərdir səhnədə rəqqasə kimi fəaliyyət göstərən Fatimə Fətəliyeva, əlinə mikrofon götürüb, müğənniliyə başlamağa qərar verdi. Fatimə, belə bir addmı atmasının səbəblərinə aydınlıq gətirdi: “Diqqətli tamaşaçıların yadındadır ki, bir neçə il bundan əvvəl Lider TV-də yayımlanan “Qızıl Duet” müsabiqəsində mən sənət dostum, müğənni Xəyyam Nisanovla çıxış edərkən, səs imkanlarımı nümayış etdirmişdim. Elə o, vaxtdan başlayaraq, kim məni görürdüsə, nə üçün həm də müğənni kimi fəaliyyət göstərməməyimi soruşurdu. Açığı nə vaxtsa oxuyacağımı ağlıma belə gətirmirdim. Görünür, rusların “heç vaxt, demə ki, heç vaxt” məsəli sırf mənə aid imiş. Bəli, artıq bəyan edirəm ki, studiyada mikrofon qarşısına keçib, oxumağı düşünürəm” – deyə Fatimə açıqlama verdi.

    O, əlavə etdi ki, oxuyacağım ilk mahnı rok üslubunda olacaq. Mahnının adını çəkməsə də, dedi ki, artıq bir neçə bəstəkara müraciət edib: “Çox güman ki, yaxın günlərdə ürəyimə yatan mahnını dəqiqləşdirib, ifa edəcəyəm. Ümidvaram ki, həmişə rəqqasə kimi mənə pərəstişkarlıq edən tamaşaçılar, müğənni ampluasında görünəcək Fatimədən də öz dəstəklərini əsirgəməyəcəklər”- dedi Fatimə Fətəliyeva.

    Müğənnilik yolunda addımlamağı qarşısına məqsəd qoyan rəqqasə, paralel olaraq yeni bir rəqs nömrəsinə də klip çəkdirib: “Çəkilişlər çox uğurla tamamlandı. Tərəf müqabilim İlham Kərimli ilə birgə yaratdığımız rəqs qrupu, eləcə də müxtəlif rəqs kollektivləri üzvlərinin iştirakı ilə baş tutan çəkilişlər, Azərbaycanın əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün ifasında çox sevilən “Azərbaycan” mahnısına quruluş verdiyimiz rəqs nömrəsi üzərində qurulmuşdu. Ən böyük arzum idi ki, vətənpərvər ruhda olan bir rəqs nömrəsini repertuarımıza daxil edək. Sağ olsun Gülbahar xanım ki, zərif barmaqları ilə ifa etdiyi mahnıya bizim rəqs qurmağımıza razılıq verdi. Və hazırda klip montaj prosessindədir” – deyə Fatimə əlavə etdi.

    Ekran işinin kimin maliyyələşdirməyinə gəldikdə isə rəqqasədən gözləmədiyimiz cavabı aldıq: “Heç vaxt kiminsə puluna arxalanıb, hansısa layihəni ərsəyə gətiməmişəm. Bilənlər bilir, bilməyənlərə də deyim ki, əsas sponsorum anamdır. Amma dostlarım da yetərincə maliyyə dəstəklərini əsirgəmirlər. Elə “Azərbaycan” klipi də anam və dostlarımın mənə hədiyyəsidir”.
    show-biznes.az

  2. #2
    MEX
    MEX çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    127

    Re: Rəqqasə Fatimə müğənnilərə meydan oxuyacaq

    Bu shou biznesdekileri verelerde elime od vurub oddasam ureyim soyumaz.Reqqaseler oynamaqdan oxumaga kecibler artiq.Bunlarin sonu hara gedir bilmirem.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.