Rəqqasə Oksana Rəsulova serialda baş rolu canlandırıb. Hind rəqslərinin mahir ifaçısı, tanınmış gənc rəqqasə Oksana Rəsulova seriala çəkilir. “Ritm prodakşn” tərəfindən çəkilən serialda rəqqasə baş rolun ifaçısı olacaq.

Oksananın verdiyi xəbərə görə, “Nərgiz gülü” adlı serialda rəqqasə Nərgiz adlı gənc qızın rolunu canlandırır. Serial Nərgizin uğursuz məhəbbətindən bəhs edir. Rejissoru Xəqani Həşimov olan serialda Əfsanə Məmmədova, Elxan Rza, Emin Seyfulla kimi aktyorlar da çəkilib. Serialın bir hissəsi çəkilsə də, efirə çıxacağı dəqiq tarix məlum deyil.

Qeyd edək ki, “Nərgiz gülü” serialı Oksana Rəsulovanın aktrisa kimi filmdə ilk işidir. Bundan əvvəl Oksana Rəsulova İzzət Bağırov, Murad Sadıq, Namiq Qaraçuxurlu kimi ifaçıların klipində model kimi çəkilib. show-biznes.az