3 sonuçtan 1 ile 3 arası

Könül Kərimovanın 12 min manatlıq layihəsi

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Könül Kərimovanın 12 min manatlıq layihəsi

    Əvvəllər muğam ifaçısı kimi məşhurlaşan indi isə bəstəkar kimi tanınan Nazim Məmmədovla müğənni Könül Kərimova arasında iş birliyi davam edir. Nazimin sözlərinə görə, onlar yeni disk hazırlayırlar. Yeni albomun isə xüsusi özəlliyi var: “Çox sevdiyim müğənni Könül Kərimova ilə yeni bir layihə ərsəyə gətirəcəyik. Layihə 10 mahnını özündə cəmləşdirən müəllif diskindən ibarətdir. Bu yeni diskdə yalnız Könül Kərimovanın ifası və mənim bəstələdiyim mahnılar yer alıb. 10 mahnının musiqisini özüm bəsləməklə yanaşı, bəzilərinin sözləri də mənə aiddir. Bəzi mahnılarda isə mənim öz səsim var, yəni mən də Könül xanımla bərabər oxumuşam”.

    Bəstəkarın sözlərinə görə, “Zülümkar” adlı albom yaxın vaxtlarda işıq üzü görməlidir: “Mən noyabrın 3-də Məkkəyə gedirəm. Planımız var ki, o vaxta qədər hazır olsun. İnşallah yola düşənə qədər hazır edib təhvil verəcəyəm”.

    Bəstəkar bildirib ki, bu iş birliyini Könül Kərimova özü təklif etdi: “Könül xanımın yanında Cabbar Musayev kimi illərin bəstəkarı var. Amma Cabbar müəllimin Könül xanımı sənət baxımından qısqanmadığı yeganə həmkarı mənəm. Cabbar Musayev özü rahatlıqla bir bəstəkar kimi xeyir-dua verdi və elə müəllif albomunu mənimlə hazırlamağı Könül xanıma məsləhət gördü”.

    “Bəs yazdığın bu 10 mahnıya görə Könül Kərimova sənə nə qədər pul verib?” sualı ilə Nazimə müraciət edərkən bu cavabı aldıq: “Mahnının pulunu Könül xanım hissə-hissə ödəyib. Çünki mahnıları çoxdan alıb. Amma qeyd edim ki, mən 10 mahnıdan ikisini ona hədiyyə etmişəm. O, isə hər mahnıya təxminən 1500 manat verib. Bu məbləği isə 8-ə vurmaq lazımdır. Əslində mən demək olar ki, özüm üçün pul almamışam, hamısı aranjemanındır” .

    Nazimin sözlərinə əsaslanıb deyə bilərik ki, Könül Kərimova 8 mahnıya görə bəstəkara 12 min manat pul ödəyib. /milli.az

  2. #2
    MEX
    MEX çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    127

    Re: Könül Kərimovanın 12 min manatlıq layihəsi

    Xetrinize deymesin bu cur movzular niye yerleshdirisiniz kii foruma?Shexsen mene zerre qeder maraqli deyil ki,shou biznes ehli ne edir,niye edir.Ondansa nese maraqli bir tema qoyun,muzakire olunsun

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: Könül Kərimovanın 12 min manatlıq layihəsi

    Alıntı MEX Nickli Üyeden Alıntı
    Xetrinize deymesin bu cur movzular niye yerleshdirisiniz kii foruma?Shexsen mene zerre qeder maraqli deyil ki,shou biznes ehli ne edir,niye edir.Ondansa nese maraqli bir tema qoyun,muzakire olunsun
    Eslinde mene de maraqli deyil hec. bizim TV ni acirsan ancaq oxuyanlar bu nedi e??olardan başqa incesenet adamlari yoxdu ki??

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.