2 sonuçtan 1 ile 2 arası

Faiq Ağayev Heydər Əliyev Sarayının səhnəsində

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Faiq Ağayev Heydər Əliyev Sarayının səhnəsində

    Azərbaycanın xalq artisti Faiq Ağayev dünən – xəstəxanadan evə buraxıldığı gün Heydər Əliyev Sarayının səhnəsinə çıxıb, mahnı oxuyub. Xalq artisti “Bu şəhərdə” yumoristik qrupunun konsertinə qatılıb.

    “Ekstra hiss” səhnəcəyindən sonra tamaşaçıların gözləmədiyi halda Faiq Ağayev səhnədə görünüb. Sənətçi ilk 30 saniyəni danışa bilməyib. Alqışlardan sonra Faiq Ağayev Orta Asiya Azərbaycan mədəniyyət mərkəzlərinin baş koordinatoru Akif Ağatalıbovun adından “Bu şəhərdə”nin kollektivinə hədiyyə təqdim edib. Sənətçi özbək milli geyimi olan çapanı ssenari müəllifi Müşviq Abbasova geyindirib, qalan geyimləri isə Rafael və Coşquna hədiyyə edib.

    Daha sonra o, “Ad günün mübarək” mahnısını oxuyub. Qeyd edək ki, xalq artistinin səhnədə olduğu müddət ərzində onun başına gələn son hadisə haqqında heç kim heç nə danışmayıb. Faiq Ağayev səhnədən endikdən sonra konsertin aparıcısı Kamilə Babayeva səhnəyə çıxıb və deyib: “Mən sizin iradəniz qarşısında baş əyirəm…”/lent.az

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: Faiq Ağayev Heydər Əliyev Sarayının səhnəsində

    Faiq Ağayevden xoşum gelmir.Özünden razi ve cox kobuddu.sesini de hec beyenmirem

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.